Putindən Trampa təklif: Parisdə görüşək...
23-10-2018 20:52
Baxış sayı:
4417

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.
Muxalifet.az xəbər verir ki, Kreml rəhbəri həmkarı Donald Trampla noyabrın 11-də Parisdə görüşə biləcəyini Boltona bildirib.
Putin vurğulayıb ki, ABŞ və Rusiya arasında birbaşa təmaslar faydalı ola bilər:
“Təbii ki, ABŞ tərəfli bu kimi təmaslarda maraqlı olarsa...”.
Qeyd edək ki, C.Bolton Moskvada səfərdədir.