Qaşıqçı cinayətində diqqət çəkən detal

Baxış sayı:
3991

Jurnalist Camal Qaşıqçının qətlindən əvvəl Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna aid diplomatik nömrəli BMW markalı maşınla Belqrad Meşəsində kəşfiyyat yoxlaması apardığı ortaya çıxıb. Eyni avtomobildən iri həcmli çemodanların alınaraq Sultangazidəki avtoparkda bir neçə gün öncə tapılan Mercedes markalı avtomobilə qoyduqları haqda görüntülər əldə edilib.
 
Fotoşəkildə, 34 CC 2404 nömrəli rəsmi BMV markalı avtomobilin 1 oktyabr axşamı 18.28-də kəşf üçün Belqrad meşələrinə daxil olduğu görünür.
Dünən axşam meydana çıxan görüntülərə görə isə, 15 gün əvvəl Mercedes markalı konsulluq avtomobili Sultangazidəki dayanacağa buraxılmış, bir neçə gün sonra dayanacağa gələn BMW markalı fərqli bir konsulluq avtomobili əvvəlki maşının yanına gələrək baqajındakı bütün yükləri Mercedesin baqajına qoyulduğu ortaya çıxıb.

Müxalifət.az