Qaşıqçı cinayətində yeni gəlişmə: SƏUDİYYƏ QƏBUL ETDİ

“Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsindən sonra son dəqiqə xəbərləri gəlməyə davam edir. Assosiated Press(AP), Səudiyyə rəsmilərinin, izi itirmək üçün Qaşıqçıya oxşar dublyor istifadə etdiklərini qəbul etdiyini bildirib.
ABŞ-ın “AP” xəbər agentliyi, Səudiyyə Ərəbistandakı mənbələrə əsasən verdiyi xəbərdə, Camal Qaşıqçı-nın paltarlarını və eynəyini istifadə edərək, Səudiyyəli jurnalistin konsulluqdan çıxışını görüntüləmək və beləliklə də izi itirmək məqsədilə təşkil etdiyi oxşar dublyor məsələsini təsdiq edib.
Agentliyə danışan iki yüksək səviyyəli Səudiyyə səlahiyyətlisi, dublyorun məqsədinin "Qaşıqçı-nın İstanbul Konsulluğundan çıxarılaraq təhlükəsiz bir yerdə sorğu-sual olunması” olduğunu deyib.
Adlarının açıqlanmamasını istəyən Səudiyyə rəsmiləri, "Bundan əvvəlki kral Abdullahın verdiyi göstəriş əsasında Qaşıqçının ölkəsinə milli dialoq üçün qaytarmağa çalışdıqlarını" deyiblər.
Səudiyyə rəsmilərinin açıqlamasına görə, 15 nəfərlik sui qəsd qrupundakı 9 nəfər bir Türk işbirlikçi ilə birlikdə cəsədi xalçaya sarıyıb konsulluqdan uzaqlaşdırıb.
Müxalifət.az