Qaşıqçı istintaqında yeni gəlişmə: İCAZƏ VERİLDİ

Türkiyənin təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Səudiyyəli jurnalist Qaşıqçı-nın 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsinə dair aparılan istintaqla bağlı yeni detallar əldə olunub. İstintaq çərçivəsində, hüquq-mühafizə orqanları konsulluq binası və iqamətgahında dəlil axtarması edib.
Ancaq bəlli olub ki, konsulluq parkında və quyuda da axtarış aparmaq istəyən təhlükəsizlik qüvvələrinə Səudiyyə rəsmiləri icazə verməyib.
BU GÜN İCAZƏ VERİLDİ
Jurnalist Camal Qaşıqçı-nın ölümünə dair aparılan istintaq çərçivəsində, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun bağçasındakı quyuda axtarış aparılacaq. Çünki bu gün axtarış üçün Səuduyyə rəsmiləri icazə verib.
Qeyd edək ki, 2 gün öncə Vətən Partiyasının sədri Doğu Perinçek Qaşıqçının parçalanmış cəsədinin qalıqlarının məhz konsulluğun bağçasındakı quyuda tapıldığını bəyan etmişdi.
Müxalifət.az