Qaşıqçı olayından sonra Super Kubokun finalı Ər-Riyadda oynana bilməz - İtalyan nazir

İtaliyanın keçmiş idman naziri və millət vəkili Luca Lotte, Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətinə dair, "İnanıram ki, İtalyan idman dünyası bu məsələdə geri qalmamalıdır. İtaliya Super Kubok finalını Səudiyyənin paytaxtı Ər-Riyadda oynama qərarı təcili olaraq əngəllənməlidir" deyə çağırış edib.
Lotte, Səudiyyəli jurnalist Qaşıqçı-nın öldürülməsinə dair sosial mediada paylaşma edib.
Lotte, "Beynəlxalq ictimaiyyət və qeyri-hökumət təşkilatları bütün səviyyələrdə səsini çatdırmalıdır. İnanıram ki, İtalyan idman dünyası da bu məsələdə geridə durmamalıdır. İtaliya Super Kubok finalını Ər-Riyadda oynama qərarı təcili əngəllənməlidir" deyib.
Futbol qarşılaşmasının yeri məsələsində iqtisadi maraqlar olduğunu qeyd edən Lotte, ancaq Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda baş verən hadisəyə sükutla göz yumulmasının mümkün olmadığını vurğulayıb.
Lotte, "Parlamentin bir üzvü, keçmiş idman naziri və bir İtaliya vətəndaşı olaraq Futbol Liqasına Juventus-Milan matçının Səudiyyə Ərəbistanında oynanılması qərarını nəzərdən keçirilməsinə çağırıram. Hökuməti də İtalyan futbolunun dəyərlər və hüquqlarını müdafiə edərək bunun qarşısını almaq üçün əlindən gələn bütün səyləri göstərməyə dəvət edirəm" deyə şağırış edib.
Qeyd edək ki, Juventus və Milanın İtaliya Super Kubok 2018 finalı qarşılaşmasının 2019-un yanvar ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi qərara alınıb.
Müxalifət.az