Qaşıqçının dublyorunun Türkiyədən qaçış görüntüləri..

Baxış sayı:
3487

Jurnalist Camal Qaşıqçı-nın 2 oktyabr günü Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna girməsindən sonra bir daha ondan xəbər çıxmadı. Qaşıqçı-nın paltarlarını geyən bir adamın həmin gün dublyoru kimi Baş Konsulluqdan çıxdığı müəyyənləşmişdi. Buradakı məqsəd Qaşıqçı-nın konsulluqdan çıxdığına dair görüntü olduğu istiqamətində dünya ictimaiyyətinə mesaj vermək xarakteri daşıyırdı.
 
“Sabah” qəzetində yer alan xəbərə görə, görüntülərdə Mustafa Məhəmməd əl- Mədəni adlı şübhəlinin Qaşıqçı-nın geyimləri, saxta saqqal və eynəklərlə konsulluğun arxa qapısından çıxdığı anların qeydə alındığı görünürdü. Amma Mədəninin Qaşıqçı ilə zidd olan xüsusiyyətləri də diqqətdən yayınmır. Mədəninin konsulluq arxa qapısından çıxıb taksi ilə Sultanəhməd istiqamətinə getdiyi, burada bir tualetdə paltarlarını dəyişdikdən sonra Qaşıqçı-ya aid geyimləri qaldığı Movenpick Otel yanındakı bir zibil konteynerinə atdığı müəyyən olunmuşdu.
 
SƏRNİŞİN TƏYYARƏSİ İLƏ UÇDULAR
 
“Sabah”, Mədəninin Türkiyədən qaçış görüntülərini əldə edib. Mədəni, İstanbula 2 oktyabr səhərə yaxın gəlib və 3 oktyabr günü bir sərnişin təyyarəsi ilə İstanbuldan ayrılıb. Görüntülərə əsasən Mədəni, hava limanında tək olmayıb. Yanında sui-qəsd qrupundan Saif Saad adlı bir şübhəli daha olub. İki şübhəlinin sərnişin təyyarəsi ilə uçması diqqət çəkib. 3 oktyabrın ilk saatlarında Atatürk Hava Limanına gələn iki şübhəli pasport nəzarətindən 00.20-də keçərək Ər-Riyada uçub.
 
DUBLYOR MƏDƏNİ KİMDİR?
 
Qaşıqçı ilə eyni yaşlarda olan və fiziki oxşarlığı də diqqəti çəkən Mustafa Məhəmməd el-Mədəninin xüsusi olaraq bu iş üçün İstanbula göndərildiyi aydındır. Mədəninin sosial paylaşma saytı Twitter-də "Mühəndis Mustafa Mədəni" adı ilə açılan hesabında, kimlik məlumatlarına yer verilmədiyi kimi, hər hansı bir bölgü da yoxdur. Mədəninin Ər-Riyad rəhbərliyinə və xüsusən də vəliəhd şahzadə Məhəmməd bin Salmana yaxın bir şəxs olduğu iddia edilir. Adını açıqlamaq istəməyən Səudiyyəli bir səlahiyyətli, 15 nəfərlik qrupda yer alan şəxslərdən biri də Mustafa Mədəni olduğunu onun da hüquq-mühafizə işçisi olduğuna işarə edib.
Müxalifət.az