Ərdoğan baş nazirə Qaşıqçıdan danışdı
26-10-2018 19:43
Baxış sayı:
2536

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Kanada Baş naziri Castin Trudeu arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, liderlər İstanbulda Səudiyyə konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı fikir mübadiləsi aparıblar.
Ərdoğan baş verən cinayət haqqında kanadalı baş naziri məlumatlandırıb.
Trudeu da öz növbəsində bu faciəvi olayın şəffaf şəkildə araşdırılmasının və cinayətkarların cəzalandırılmasının önəmini vurğulayıb.
Bundan əlavə, tərəflər ikilitərəfli əlaqələr barədə də müzakirələr aparıb.