Ərdoğan terror yuvalarına əməliyyat siqnalı verdi
12-10-2018 14:06
Baxış sayı:
1774

Türkiyə prezidenti Ərdoğan xüsusi təyinatlı əsgərlərin qarşısında çıxış edərək tezliklə terror yuvalarına qarşı əməliyyat siqnalı verib.
Ərdoğan, “İnşallah, çox tezliklə, bu gün paqonlarını taxan komandolarımızın da dəstəyi ilə Fəratın şərqindəki terror yuvalarını da darmadağın edəcəyik. Ən yüksək rütbə komandondan, ən altdakı personala qədər hər kəs əsgərdir. Yəni kiçik Məhəmməddir. Əziz əsgərlər, hər bir missiya müqəddəsdir, ancaq əsgərlik, polislik, jandarmalıq vəzifələrinin yeri ayrıdır” deyib.
Müxalifət.az