Ərdoğan-Tramp arasında telefon danışığı

Baxış sayı:
3448

Türkiyənin prezidenti Ərdoğan ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
 
Türkiyədəki qaynaqlardan əldə edilən məlumata görə, telefon danışığında iki ölkə arasında münasibətlər, terrorla mübarizə, Camal Qaşıqçı və Suriyadakı proseslər müzakirə edilib.
 
TERRORİZMLƏ MÜBARİZƏDƏ ƏMƏKDAŞLIQ STRATEGİYASI
 
Telefon danışığında Amerikalı keşiş Brunson ilə əlaqədar hüquqi müddətə də toxunulub. Eyni zamanda iki lider, Türkiyə və ABŞ arasındakı əməkdaşlığı hər sahədə normallaşdırma və inkişaf etdirilmə qətiyyətlərini təsdiq edib, FETÖ da daxil terrorla mübarizədə əməkdaşlıq mövzusunu müzakirə ediblər.
Münbiçin yol xəritəsinin ən qısa müddətdə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb və İdlib müqaviləsinin önəmi qeyd edilib.
İki lider, Camal Qaşıqçı iddiasının bütün istiqamətlərinin aydınlanmasının lazım olduğunu qəbul edib.
Müxalifət.az