​Ərdoğandan min illik mesaj: 2071-ci il...

Baxış sayı:
1279

Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümündə başda Qazi Mustafa Kamal Atatürk olmaqla, İstiqlal savaşını qazanmağımızda rolu olan bütün qəhrəmanlarımızı hörmətlə yad edirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə təbrikində qeyd edib.
"İlk Məclisdən bu günə qədər ölkəmizin quruluşu, inkişafı üçün çalışan millət vəkillərimizə də təşəkkür edirəm. Min illik vətənimiz olan Anadolu torpaqlarında qanı və alın təri olan şəhidlərimizə, qazilərimizə Allahdan rəhmət diləyirəm.
Səlcuq dövlətindən Osmanlıya, oradan da Türkiyə Respublikasına keçən tarixi davamlılıq 2023-cü ildə bizi hədəflərimizə çatdıracaq. 2053 və 2071 vizyonlarımızla bu davamlılığı üst səviyyəyə qaldıracağıq", - Ərdoğan bildirib.