​Rusiya Paşinyana kömək etməyəcək - "Qarabağ məsələsini özün həll et!"

Baxış sayı:
5266

Con Boltonun bəyanatları Paşinyana çağırış idi.
Muxalifet.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində erməniyönlü rusiyalı politoloq, 1-ci dərəcəli dövlət müşaviri Modest Kolerov deyib.
“ABŞ Paşinyana siyasi yardım edib, indi də Paşinyandan bunun qarşılığını praktiki addımlarla ödəməsini istəyir. Məsələn, bu, Qarabağ konfliktinin həlli prosesində dinamikliklə ola bilər. Paşinyan hazırda ABŞ qarşısında borcludur və ona borcunu qaytarmağı xatırladırlar.
Rusiyaya gəlincə isə, Kreml heç nəyə qarışmayacaq və hadisələri izləyəcək. Moskvaya Paşinyanla hərbi sferada dialoq yetərlidir, Qarabağ məsələsini isə o özü həll etməlidir”, – deyə o bildirib.