​Rusiya, Türkiyə və İran razılaşdı: İşlər sürətləndirilir

Baxış sayı:
4201

Moskvada aparılan danışıqlar nəticəsində təminatçı ölkələr Rusiya, Türkiyə və İran BMT-nin Suriya üzrə xüsusi nümayəndəliyi ilə birlikdə Suriya konstitusiyası komissiyasının müəyyən edilməsi istiqamətində anlaşıb.
Muxalifet.az xəbər verir ki, bu barədə açıqlama yayan Rusiya Xarici İşlər Nazirliyi tərəflərin işlərin sürətləndirilməsi istiqamətində qərar verdiklərini bəyan edib.
Rusiya, Türkiyə və İranın xarici işlər nazirinin müavinləri Suriyadakı vəziyyəti müzakirə edib.