Rusiyada böyük faciə, 7 ölü - VİDEO
28-10-2018 10:10
Baxış sayı:
1024

Rusiyanın Sankt-Peterburqşəhərində mikroavtobusla iki yük maşınının toqquşması zamanı baş verən yanğın nəticəsində 7 nəfər ölüb.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə şənbə günü, oktyabrın 27-də şəhərin Qərb sürət diametrinin 36-cı km-də baş verib.
İlkin məlumatlara görə, "Iveco" markalı yük maşını eyni istiqamətdə hərəkətdə olan "Scania" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "Scania" qarşı yola çıxıb və oradan gələn "Hyundai Starex" markalı mikroavtobusa çırpılıb. Bundan sonra maşınlar yanmağa başlayıb.
Ölənlərin hamısı mikroavtobusun sərnişinləridirlər. "Scania"nın sürücüsü xəstəxanaya yerləşdirilib.
Bundan əvvəl Efiopiyada avtobus ilə hərbi yük maşınının toqquşması nəticəsində 18 nəfər həyatını itirib.