Rusiyada sərnişin təyyarəsi atəşə tutuldu
22-10-2018 21:57
Baxış sayı:
5158

Rusiyada sərnişin təyyarəsi atəşə tutulub. Muxalifet.az Ren.TV-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 17-də Xabarovsk vilayətində baş verib. An-24 təyyarəsi havada olarkən yerdən naməlum şəxslər tərəfindən atıcı silahdan atəşə tutulub. Təyyarə eniş etdikdən sonra baxış keçirilib və güllə izi aşkarlanıb.