Rusiyadan “Suriya” açıqlaması

Baxış sayı:
5089

Rusiya, Türkiyə, Almaniya və Fransanın iştirakı ilə İstanbulda keçirilən sammit haqqında danışan Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin, Moskvanın nəticələrdən razı qaldığını açıqlayıb.
 
Diplomat, etdiyi açıqlamada, "Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin ilk dəfə bu formatda bir araya gəldiyi sammitin nəticələrindən məmnunuq. Bildiyiniz kimi, bu sammit ilk növbədə Suriyadakı etibarlı və uzunmüddətli sülh prosesinin təmin olunmasına yönəlik hədəflərə çatmaq üçün baş tutdu və biz bu sammitin bu mənada irəliyə doğru atılmış yaxşı addım olduğunu düşünürük" deyib.
Qeyd edək ki, Suriya sülh prosesinə dair təşkil olunan dördlü zirvə, şənbə günü İstanbulda prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın baş naziri Angela Merkelin iştirakı ilə baş tutub.
Sammitdə tərəflər xüsusilə, İdlibdəki vəziyyəti müzakirə edərək, atəşkəs rejimini qoruyub saxlama vacibliyini vurğulayıblar. Həmçinin, terrorla mübarizə vacibliyinə də diqqət çəkən liderlər, ilin sonuna qədər Suriya üçün konstitusiya komissiyasının yaradılmasına qərar veriblər.
Müxalifət.az