Sahil Babayevə yeni müavinlər təyin edildi
30-10-2018 18:18
Baxış sayı:
9691

Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.