ŞOK: Dünyanı məhvə aparan müharibənin başlayacaqı TARİX AÇIQLADI
25-10-2018 12:19
Baxış sayı:
2776

On beş il sonra ABŞ-Çin müharibəsinin başlanma ehtimalı çox yüksəkdir.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı general-leytenant Ben Hoces bildirib.
Sabiq generalın sözlərinə görə, Avropa öz müdafiəsinə daha çox diqqət ayırmalıdır, çünki ABŞ diqqətini Sakit okean regionunda Çin təhdidinə yönəltməlidir.
Hoces əlavə edib ki, geosiyasi prioritetlərin yerdəyişməsinə baxmayaraq, ABŞ-ın Şimal-Atlantika İttifaqına sədaqəti sarsılmaz qalır.