​ŞOK: Polis zabiti dostunu güllələdi, sonra intihar etdi - VİDEO

Baxış sayı:
9241

31 yaşlı Flavio de Oliveyra Polis Akademiyasında təhsili başa vurmuşdu. O, dostlarını toplayaraq bu olayı kafedə qeyd edirdi. Yeyib-içmək məclisi faciə ilə bitib.
Muxalifet.az Daily Mail-ə istinadən bildirir ki, hadisə Braziliyanın mərkəzindəki Qoyaniya bölgəsində yaşanıb.
31 yaşlı Flavio de Oliveyra məclis başa çatanda maşınına oturub və polis vəsiqəsi ilə xidməti silahını onlara göstərib. O, tapançanı əlində oynadarkən qəflətən atəş açıb.
Güllə maşının yanında velosipeddə oturmuş 20 yaşlı Mateus Kastroya dəyib.
Kastro ağır yaralanaraq yerə yıxılıb.
Maşından düşən Olivyera dostuna yaxınlaşıb, onu qan içində görəndə geri dönüb və maşını kilsəyə sürüb.
Kilsədə o, tapançanı gicgahına dayayaraq atəş açıb, intihar edib.
Mateus Kastro isə aparıldığı hospitalda keçinib.
Polis olayı araşdırır.

Videonu izləmək üçün şəklə klikləyin:
Polis zabiti dostunu güllələdi, sonra intihar etdi