​SON DƏQİQƏ: 20 minlik ordu hazır vəziyyətə gətirildi: Düşmən 7 cəbhədə DARMADAĞIN EDİLƏCƏK

Baxış sayı:
18496

Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün hazır vəziyyətdə gözləyir.

Muxalifet.az xəbər verir ki, bu barədə ASO-nun Münbiç Hərbi Məclisinin rəhbəri Adnan Ebu Faysal deyib.

Onun sözlərinə görə, 20 min döyüşçü terrorçuları məhv etməyə hazırdır.

“PKK-nın yeganə ümidi bölgədəki ABŞ əsgərləri və zirehli texnikasıdır. Münbiçdə 5 min terrorçu var və onlara qarşı yeddi cəbhədən hücuma keçiləcək. Türk ordusu və ASO Münbiçlə başlayacaq təmizlik hərəkatını İraq sərhədinə qədər davam etdirə bilmək gücündədir”, - deyə o vurğulayıb.