SON DƏQİQƏ: Ermənilər Tərtəri Avropaya hazırlayır - FOTOLAR
23-10-2018 20:22
Baxış sayı:
9133

Tərtər rayonunun işğal altındakı Ağdərə şəhərindəki futbol stadionu tanınmamış respublikaların CONİFA (İngilis: Confederation of Independent Football Associations; Müstəqil futbol assosasiyası konfederasiyası) bayrağı altında 2019-cu ilin mayında keçirilməsi planlaşdırılan futbol üzrə qanunsuz Avropa çempionatı üçün hazırlanır.
Muxalifet.az xəbər verir ki, separatçı nəşrlər Rusiya vətəndaşı olan, Ağdərə əsilli erməni Vaqram Akopyanın sponsorluğuyla aparılan təmir işləri nəticəsində stadionun beynəlxalq standartlara uyğun yenidən qurulacağı bildirilir.