SON DƏQİQƏ: “Mehmetcik” HÜCUMA BAŞLADI

Türkiyə Silahlı qüvvələri Suriyada Fərat çayının şərq sahilində yerləşən Zor Mağar bölgəsində YPG/PKK terror təşkilatının mövqelərini bombalayıb.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror təşkilatının mövqelərinə Türkiyə tərəfdən top atışları həyata keçirilib.
Bildirilir ki, top atışlarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə anonsunu verdiyi əməliyyatın başlanması kimi qiymətləndirilə bilər. Rəcəb Tayyib Ərdoğan son olaraq bir neçə gün əvvəl vilayət başçılarının toplantısında Münbiçdə dağılan diqqətlərin yenidən toparlandığını və artıq Türkiyənin Fəratın şərqinə yönələcəyini söyləmişdi.
"Münbiçdə dayanmaqdansa, diqqətimizi və enerjimizi Fəratın şərqinə çevirməkdə qərarlıyıq. ABŞ Münbiç razılaşmasını bizi aldatmaq üçün alət kimi istifadə edir. Türkiyə buradan təhdid edilir, biz kimsəni təhdid etmirik. İŞİD-in bölgədə əməliyyatlar üçün bəhanə olaraq istifadə edildiyi ortaya çıxıb. İŞİD-ə verilən dəstəyin legitimləşdirilməsi üçün səylər davam edir", - Türkiyə lideri deyib.