Səudiyyə Kralı Ərdoğana Qaşıqçı olayı üçün RÜŞVƏT TƏKLİF EDİB

ABŞ-ın “New York Times” qəzeti, Qaşıqçı cinayətində pərdə arxasında Səudiyyə, Türkiyəyə vəhşiliyin üzərinin örtülməsi müqabilində bir sıra təkliflər etdiyini bildirib.
Qaşıqçı cinayətində Türk polisi və hökumət olduqca uğurlu bir şəkildə prosesi apardı. Xüsusilə şəffaflıq amilinin son dərəcə yüksək səviyyədə aparıldığı istintaqa Səudiyyə, həqiqətin ortaya çıxmaması üçün Türkiyəyə bəzi təkliflər təqdim etdiyi iddia edilib.
SİYASİ KORRUPSİYA
“New York Times”-ın xəbərinə görə, Qaşıqçı cinayətindəki detalların gizlədilməsi və işinin bağlanması üçün Səudiyyə Ərəbistanı, Məkkə əmiri Xalid el-Faysal vasitəsi ilə prezident Tayyib Ərdoğana siyasi təkliflər təqdim edib.
Səudiyyə qaynaqlı maliyyə dəstək və investisiyalarla yanaşı, Qətərə qarşı blokadanın qaldırılmasının da yer aldığı paketi Qaşıqçı istintaqı müqabilində siyasi rüşvət təklif edən Səudiyyə Ərəbistanına Türkiyədən sərt cavab verilib.
PREZİDENT ƏRDOĞAN ƏSƏBİLƏŞDİ
Xəbərə görə, prezident Ərdoğan təklifləri "siyasi korrupsiya” kimi qiymətləndirərək əsəbi bir şəkildə rədd edib.
Qeyd edək ki, kral Salmana çox yaxın olduğu bilinən Faysal 11 oktyabrda Ankaraya gələrək kralın mesajlarını prezidenti Ərdoğana çatdırdığı ifadə edilmişdi.
Müxalifət.az