Səudiyyə Kralından kritik həmlə

Baxış sayı:
5350

ABŞ-ın xəbər agentliyi “Bloomberg” Səudiyyə Ərəbistanı rəsmilərinə əsaslandırdığı xəbərə görə, Səudiyyə Ərəbistanının kralı Salman, İstanbuldakı Səudiyyə Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Qaşıqçı üçün daxili istintaq təlimatı verib.
 
Qeyd edək ki, ABŞ-ın “Vaşinqton Post” qəzetinin müəllifi olan Səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna girəndən sonra itkin düşmüşdü. Camal Qaşıqçının öldürülmüş ola biləcəyindən narahatlıq duyulur.
Müxalifət.az