Səudiyyə Ərəbistanından “şahzadə Məhəmməd bin Salman” açıqlaması

Baxış sayı:
4138

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr, ABŞ-ın “Fox News” xəbər kanalına etdiyi açıqlamada, vəliəhd şahzadə Məhəmməd bin Salmanın jurnalist Cemal Qaşıqçı cinayətinə dair məlumat və məsuliyyəti olmadığını bildirib.
 
Qaşıqçının ölümündə adı keçən şəxslərin vəliəhd bin Səlmana yaxın kəslər olmasına baxmayaraq, onun hadisədən necə xəbərsiz ola bildiyinə dair suala isə Cubeyr, bu şəxslərin vəliəhdə yaxın olmadığını iddia edib.
Cubeyr, "Vəliəhd şahzadə söz mövzusu iddiaları təkzib edib və bundan xəbəri yox idi. Hadisədən üst səviyyə kəşfiyyat səlahiyyətlərinin də xəbəri yox idi. Bu kəslər təhlükəsizlik məsələləriylə məşğul olan normal təhlükəsizlik əməkdaşlarıydı. Bu, şəxslərin səlahiyyət və məsuliyyətlərini asdıqları bir əməliyyat idi. Qaşıqçını konsulluqda öldürərək səhv etdilər və bunu gizlətməyə çalışdılar” deyə söyləyib.
 
60 yaşlı jurnalist 15 təhlükəsizlik işçisinə qarşı necə çıxdı?
 
Cubeyr, 60 yaşındakı bir jurnalistin, 15 təhlükəsizlik əməkdaşına necə dirəndiyi ilə bağlı suala isə, "Hadisə olduğunda 15 adamın hamısının konsulluqda olduğuna inanmıram. Bu qrupdakı şəxsləri araşdırırıq, bir araya necə gəldiklərini araşdırırıq." deyə cavab verib.
ABŞ-lı bir senatorun "Vəliəhd şahzadənin, Qaşıqçı cinayətindən məlumat sahibi olduğuna əminəm" şəklindəki sözlərinin xatırladılmasına isə Cubeyr, bu ittihamın gerçəklərə dayanmadığını deyib.
 
"Bu çox pis bir səhv idi"
 
Cubeyr, "Bu çox pis bir səhv idi. (Ailəsinə) əlaqəli başsağlığı diləklərimizi çatdırırıq, ağrılarını paylaşıram. Kaş ki, bu önlənə bilsəydi. Ancaq çox böyük bir səhv edildi. Əminəm bunun məsulları cəzasını çəkəcək." deyib.
 
"Cəsədin harada olduğunu bilmirik."
 
Səudiyyə təhlükəsizlik qüvvələrinin Qaşıqçının konsulluqdan çıxdığına dair onlara hesabat verərək yanıltdıqlarını deyən Cubeyr, Türkiyədən gələn məlumatların bunun əksi istiqamətdə olmasında sonra istintaq başlatdıqlarını söyləyib.
Cubeyr, "İstintaq nəticəsində Qaşıqnın konsulluqda öldürüldüyünü ortaya çıxardıq. Necə öldürüldüyünü və cəsədin harada olduğunu bilmirik" deyə bildirib.
Müxalifət.az