Tanınmış kino ulduzu Vəliəhd Şahzadənin təklifini rədd etdi

Baxış sayı:
2524

Amerikalı kino ulduzu Scarlett Johansson-un, baş rolunu oynayacağı foto müxbir Lynsey Addarionun həyatından bəhs edən yeni filmi üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın maliyyə yardım təklifini rədd etdiyi ortaya çıxıb.
 
Liviya və Fələstin kimi müharibə zonalarında çalışarkən cinsi təcavüz və zorakılıqla üz-üzə qalan Addario, “New York Times” müəlliflərindən Nikolas Kristof ilə Facebook üzərindən bir söhbət aparıb.
Həyatından bəhs edən "Its What I Do" adlı filmdə Johansson-un özünü canlandıracağını deyən Addario, şahzadə Məhəmməd bin Salmanın filmə maliyyə yardımı etmək istədiyini açıqlayıb.
 
QƏTİ BİR ŞƏKİLDƏ RƏDD EDİB
 
Addario, "Scarlett Johansson qəti bir dillə rədd etdi. Bu adam Yəməndəki müharibəni davam etdirir, qadınları həbsxanaya atır - dedi. Bu Camal Qaşıqçı-nın öldürülməsindən əvvəl olmuşdu" deyə söyləyib.
Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsinə toxunan Addario, "Səudiyyənin vəliəhd şahzadəsi, özünü jurnalistika ilə güclü bir qadın jurnalist yolu ilə yaxşı bir şəkildə əlaqələndirmək istədi, ancaq görünən o ki, eyni anda öz ölkəsindən bir jurnalistə işgəncə ədib, onu öldürməyə hazırlaşırmış" deyə bildirib.
Səudiyyənin şahzadəsi Məhəmməd bin Salman ilə şəxsən tanış olmadığını, ancaq onun özünü Qərbin hər sahəsində göstərməyə çalışdığını düşündüyünü bildirən Addario, "Məhəmməd Bin Salmanın bu filmə daxil olmasını istəyirəmmi? Qətiyyən yox. Allaha şükür ki, bu işin içində deyil" deyil.
Müxalifət.az