Terrorçudan qan donduran etiraf: "PKK TƏZƏ DOĞULAN KÖRPƏMİ AVROPAYA SATDI"

Baxış sayı:
2239

Türkiyənin təhlükəsizlik mənbələrindən verilən məlumatlara görə, sentyabr ayında təhlükəsizlik qüvvələrinə təslim olan bir qadın terrorçunun qan donduran ifadəsi, PKK/PYD-nin körpələrdən belə mənfəət güdən çirkli üzünü ortaya çıxarıb.
 
İfadəsində Suriyada terror təşkilatı tərəfindən istifadə edilən bir xəstəxanada E.A. adında bir terrorçunun ona təcavüz etdiyini və nəticədə hamilə qaldığını söyləyən qadın terrorçu, doğuş üçün 2017-ci ilin sentyabrında bölgədəki bir başqa xəstəxanaya göndərildiyini və doğuş etdiyini söyləyib.
Qadın terrorçu, təşkilatın doğulan uşağı Avropada satmaq üçün ondan zorla aldığını bildirib.
Bunun yeganə hadisə olmadığını, öz uşağıyla birlikdə bir çox uşağın da Avropada satıldığını ifadə edən terrorçu, hadisədən sonra ona guya mənəvi dəstək üçün rəhbər heyətdə təmsil olunan bir qadın terrorçunun yanında vəzifə təklif olunub, ancaq PKK-nın iç üzünü gördüyü üçün bunu rədd etdiyini və qaçaraq təslim olduğunu söyləyib.
Müxalifət.az