Toppuş bacı ölüm xəbərindən danışdı: Belə olmaz...
24-10-2018 17:30
Baxış sayı:
4141

"Toppuş bacı" kimi tanınan əməkdar artist Tünzalə Əliyeva ölməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
T.Əliyeva bu barədə şəxsi İnstaqram hesabında yazıb.
“Əziz millətim, gözəl xalqımın insanları, niyə barəmdə ölüm xəbərləri yayıb məni incidirsiniz? Axı mənim ailəm, dostlarım, hər kəs narahat olur. Bu cür xəbərlə reytinq qazanmaq olmaz. Xahiş edirəm, belə etməyin” - o bildirib.
Qeyd edək ki, ötən gün mediada xərçəng xəstəliyindən əziyyət çəkən Tünzalə Əliyevanın ölüm xəbəri yayılıb.