​Tramp qürrələndi: “Rusiyanın bəlasıyam...”

Baxış sayı:
4765

Prezident seçkisində qələbəm Rusiyanın başına gələn ən pis hadisə oldu.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu Şimali Karolina ştatında Respublikaçılar Partiyasının Konqres seçkisi ilə əlaqədar təşkil etdiyi təşviqat kampaniyasında çıxışı zamanı ABŞ prezidenti Donald Tramp deyib.
“Mən sizə bir söz deyim. Mənim qələbəm Rusiyanın başına gələn ən pis şey oldu” – deyə o bildirib.
Qeyd edək ki, ABŞ-da Konqres seçkisi noyabrın 6-da keçiriləcək. Seçkidə Nümayəndələr Palatasına 435 konqresmen, Senata 35 senator, 39 ştata qubernator seçiləcək.