Tramp söz verdi: Bomba göndərənləri tutacağam

Baxış sayı:
2608

ABŞ prezidenti Donald Tramp, dünən sabiq ABŞ prezidentləri Barak Obama və Bill Klintonun evlərinə partlayıcı maddə göndərənləri tezliklə tutacağı ilə bağlı söz verib. Siyasi rəqiblərini dəfələrlə çox sərt bir dillə tənqid edən və ara seçkilərdə Konqresin nəzarətini ələ keçirdikləri təqdirdə ölkəni məhv edəcəklərini iddia edən Tramp, Viskonsin kampaniya mitinqində partlayıcı maddə olan paketlərlə bağlı "Bütün tərəflərin sülh və harmoniya içində bir araya gəldiyini görmək istəyirik. Hər cür siyasi zorakılıq aktı və ya təhdidi, demokratiyamızın özünə bir təcavüzdür" deyib. Tramp, bu cinayəti törədənləri yaxalayacaqlarına söz verib. Müxalifət.az