​Tramp sərhədə 5 minlik ordu göndərir

Baxış sayı:
5641

ABŞ Meksika sərhədinə 5 minə yaxın hərbçi göndərməyi planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Vol Strit” jurnalı məlumat yayıb. Bildirilib ki, hərbi birliklər Texas, Arizona və Kaliforniya ştatlarına göndəriləcək. Qüvvələr əsasən buraxılış məntəqələrində yerləşdiriləcək.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Meksikadan ölkəyə axın edən minlərlə miqrantın qarşısının alınması üçün sərhədə ordu göndəriləcəyini açıqlamışdı.