Tramp Səudiyyə vəliəhdini ələ verdi

Baxış sayı:
3058

ABŞ prezidenti Tramp, Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçı hadisəsi ilə əlaqədar "tarixdə üstü örtülən ən pis hadisədir" deyib.
 
Tramp, Ağ Evdə jurnalistlərin Qaşıqçı hadisəsiylə bağlı suallarını cavablandırıb.
Qaşıqçı hadisəsi haqqında bütün həqiqətləri bir araya gətirdikdən sonra qərar verəcəyini bildirən Tramp, "Çox pis bir şey idi" deyib.
Mövzu ilə bağlı digər ölkə rəhbərləri ilə də görüşdüyünü dilə gətirən Tramp, "Bu olanları heç kim sevmir" deyə bildirib.
“Nə edəcəyimiz məsələsində qərarı Konqresə buraxacağam və ümid edirəm ki, iki partiyanın da dəstəklədiyi bir qərar olar" deyən Tramp, bunları qeyd edib:
“Bərbad bir plandır, pis bir şəkildə həyata keçirilib və tarixdə üstü örtülən ən pis hadisədir. Onların etdikləri indiyə qədər görülmüş ən pis bir şeyin üstünü örtmə tərziydi. Bu ideyanı verən insanın məncə, böyük bir problem var."
 
TRAMPDAN KRAL SALMAN AÇIQLAMASI
 
Tramp, Səudiyyə Ərəbistanının kralı Salman bin Abdulazizin, Qaşıqçı-nın öldürülməsi barədə hər hansı bir məlumata malik olmadığı mövzusunda razı olduğunu deyib.
 
ƏGƏR BİRİ OLACAQSA, O OLARDI
 
Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hadisəyə bir daxil olub olmadığı haqqındakı suala Tramp, “Orada işləri (idarə) bu səviyyədə daha çox icra edən şəxs şahzadədir. İşləri o aparır və əgər biri olacaqsa, (hadisə ilə əlaqəsi) bu adam o olardı" deyə söyləyib.
Şahzadə Məhəmmədlə məsələni bir neçə dəfə danışdığını və ona Qaşıqçı hadisəsini bilib bilmədiyini soruşduğunu deyən Tramp, "Şahzadə mənə bilmədiyini söylədi. Mən də bu hadisə harada başladı, deyə soruşdum. O da mənə bunun alt pillələrdə olduğunu dedi" deyə qeyd bildirib.
 
ONLARA HƏQİQƏTƏN İNANMAQ İSTƏYİRƏM
 
Tramp, Səudiyyə şahzadəsinin “bilmirdim" açıqlamasının doğru olmasına ümid etdiyini dilə gətirərək, "Onlara inanmaq istəyirəm. Onlara həqiqətən inanmaq istəyirəm" deyə söyləyib.
Qaşıqçı-nın öldürülməsinə dair "Heç vaxt düşünülməməsi lazım olan bir hadisədir" deyən Tramp, "Ancaq bu hadisə olanda çox pis bir şəkildə oldu və mənə görə üstü çox pis bir şəkildə örtülməyə çalışılıb" deyə bildirib.
Müxalifət.az