“Trampın diqqəti dağıldı, təşəbbüs Ərdoğandadır”

Baxış sayı:
7204

CNN-in redaktoru Nic Robertson, Qaşıqçı-nın öldürülməsi ilə bağlı son vəziyyəti analiz etdiyi məqaləsində ABŞ-ın Səudiyyə Ərəbistanı ilə mövqeyini dəyərləndirib.
 
Türkiyənin əlindəki məlumatları ötən həftə ölkəni ziyarət edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspel ilə bölüşmüş olduğunu qeyd edən Robertson, bunları qeyd edib:
“Əgər bu iddialar doğrudursa, Tramp, Məhəmməd bin Salman ilə yaxın durmağı davam etdirməyin siyasi bədəlini ödəyə bilər. Tramp, onsuz da Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Jong ilə anlaşılmaz səviyyədə bir yaxınlıq yaradıb. Bin Salmanla bağlı yetərsiz bir qərara gəldiyi sübut olunarsa, bu vəziyyət Trumpın digər avtokratlarla səmimiyyətinin də şübhə altına alınmasının yolunu açar."
 
TRAMPIN DİQQƏTİ DAĞILDI
 
Camal Qaşıqçı cinayətilə bağlı düyünləri açacaq yeganə adamın, ABŞ prezidenti Donald Trampın olduğunu deyən Robertson, onun da diqqətinin ölkənin daxili məsələlərinə çevrildiyini bildirib.
Robertson, məqaləsində, "Camal Qaşıqçı-nın cinayəti üzərində müzakirələr aparılıb. Silahlar çəkildi, səngərlər qurulub və bu məsələni həll edəcək yeganə adamın (prezident Tramp) diqqəti də dağıdılıb" deyə qeyd edib.
 
TÜRKİYƏ ƏLİNDƏKİ DƏLİLLƏRİ ADDIM-ADDIM ƏLƏ ALIR
 
Robertson, Trampın gündəmində yaxınlaşan Konqresə ara seçkilərlə yanaşı, ölkə daxilindəki nifrət cinayətləri və Demokratlara göndərilən şübhəli paketlərin olduğuna işarə edib.
Robertson, məqaləsində həftə sonu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qısaca bir söhbət etdiyini bildirərək, Çavuşoğlunun Türkiyənin əlindəki dəlilləri addım-addım ələ aldığını söylədiyini bildirib.
 
TƏŞƏBBÜS ƏRDOĞANDADIR
 
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl Cübeyr-in Qaşıqçı haqqındakı açıqlamaları edərkən bir tərəfdən də işlərin Səudiyyə Ərəbistanı üçün işlərin necə pisə getdiyini ən yaxşı bilən insan olduğunu qeyd edən Robertson, “Cübeyr aradakı məsafəni qapatmağa çalışır və açıq-aşkar ziyana məruz qaldığı görünür. Üstünlük Ərdoğandadır" deyə şərh edib.
 
TÜRKİYƏ, DAHA ÇOX DƏLİLİ TRAMP RƏHBƏRLİYİNİN ÜZÜNƏ ÇIRPA BİLƏR
 
Trampın ara seçkilərdən əvvəl şahzadə Məhəmməd bin Salman məsələsində bir qərara gəlməyəcək kimi göründüyünə diqqəti çəkən Robertson, Türkiyənin daha çox dəlili Tramp rəhbərliyinin üzünə vurmaq məcburiyyətində qalacağını deyib.
Müxalifət.az