Türk nazirdən açıqlama: “YPG və İŞİD əməkdaşlıq edir”

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, radikalizmin artdığına və qloballaşdığına və bu kontekstdə PYD/YPG, İŞİD kimi terror təşkilatlarının fəaliyyətlərinə diqqət çəkib.
Bu gün kimin kiminlə və nə üçün vuruşduğu bəlli olmayan bir etimadsızlıq mühiti içində olduğunu vurğulayan nazir Soylu deyib: "Radikallıq artır və qloballaşır. Terror və zorakılıq, bir tərəfdən öldürərkən, digər tərəfdən öz alt həyat sistemlərini qurur. Özünü qurumsallaşma formasına salmağa çalışır. Bunu çox dəqiq bilin, Suriyada, Şimali İraqda nizamsız köçkünləri, PYD alıb, bir nöqtəyə gətirir, 500-700 dollar cibinə pul qoyur. Bir sərhəddən digərinə İŞİD gətirir, o da 500 dollar alır. İŞİD pulunu alıb PYD-yə ötürür, PYD də, eyni üsulla pulunu alaraq növbəti sərhədə qədər köçkünləri müşayiət edir. Bir-biri ilə bu sahədə döyüşürmüş kimi görünən, amma gəlir mənbələrində və cinayət qurğularında üst-üstə düşən münasibət 21-ci əsrdə dünyanın başına bəladır.
PKK NARKOTİKDƏN 1,5 MİLYARD DOLLAR GƏLİR ƏLDƏ EDİB
Bütövlükdə Avropadakı narkotik ticarətinin böyük bir hissəsinin PKK-nın əlində olduğunu söyləyən Soylu, bunları söyləyib:
Terror təşkilatının narkotikdən əldə etdiyi illik gəlir 1,5 milyard dollardır. Avropada xərac toplayırlar. Avropa İttifaqı ölkələrində təlim düşərgələri var, bu düşərgələrdən təşkilata döyüşçülər təmin edirlər. Eyni zamanda, silah və insan qaçaqmalçılığı da edirlər. Daha bir təzad, Amerika ilə Suriyanın arası təxminən 11 min kilometrdir, amma ABŞ-ın Suriyada 22 hərbi bazası var.”
Müxalifət.az