Türk polisi Səudiyyə Ərəbistanı konsulluğunda axtarış aparacaq

Türkiyə hökuməti İstanbul şəhərindəki Səudiyyə Ərəbistanı konsulluğunda axtarış aparacaq.
Muxalifet.az xəbər verir ki, axtarışa səbəb müxalif jurnalist Camal Kaşıkçının itkin düşməsidir. Türkiyənin NTV kanalının xəbərinə əsasən, axtarış üçün Ər-Riyaddan icazə alınıb.
Səudiyyə Ərəbistanı kralı Salman jurnalistin itkin düşməsi ilə bağlı daxili istintaqın aparılması barədə əmr verib:
“Kral prokurora Kaşıkçının itkin düşməsi barədə əldə edilən məlumat əsasında istintaq aparmaq barədə göstəriş verib. Bu məlumatlar İstanbuldakı müştərək qrupdan alınıb”.
Qeyd edək ki, jurnalist 2017-ci ildə Səudiyyəni tərk edib və ABŞ-da yaşamağa başlayıb. O, ABŞ mətbuatında Ər-Riyadı tənqid edən məqalələrlə çıxış edib. Oktyabr ayının əvvəlində Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna yollanıb və yoxa çıxıb.