Türkiyə əleyhinə terroru bəsləyən Qərb

Türkiyənin ölkə xaricində keçirdiyi əməliyyatlardan sonra küncə sıxışdırılan terror təşkilatı PKK/YPG, fəaliyyətini davam etdirə bilməsi üçün xarici qüvvələr tərəfindən qidalandırılır.
İslam və Müsəlman düşmənçiliyinin artdılğı Avropada, Türkiyə əleyhinə fəaliyyət göstərən terror təşkilatlarının açıq şəkildə himayə edildiyi nümayiş etdirilir. Şəhərlərdə xəndək qazan, dinc əhalini qətlə yetirən və canlı bombalarla böyük bir fəlakətə səbəb olan terror təşkilatı PKK/PYD içərisində 1400-ə yaxın terrorçunun Qərb ölkələrindən gəldiyi müəyyən edilib. Terror təşkilatı PYD-yə qoşulan əcnəbi terrorçuların 70 faizinin ABŞ vətəndaşı olduğu, təşkilatın sıralarında yer alan ABŞ-lı terrorçuların daha əvvəl Amerika ordusunda xidmət etdiyi qeyd olunub. Sızdığı bütün torpaqlara qan və göz yaşı gətirən qanlı terror təşkilatına ABŞ-la yanaşı, Kanada, Birləşmiş Krallıq, Niderland, Avstraliya, Almaniya, Danimarka, Yunanıstan, Finlandiya və Fransa kimi Avropa ölkələrindən də qoşulanların olduğu müəyyən olunub.
Avropada terrorçulara qarşı heç bir hüquqi prosedur yoxdur
Terror təşkilatı mənsublarının Suriyaya gəlmə məsələsində 81 faiz nisbətində Vaşinqton Post, BBC, New-York Times, CNN kimi media qurumlarının nəşrlərindən təsirlənərək PKK-ya qoşulmaq qərarı verdikləri bildirilir. Terror təşkilatı PKK-nın ən əhəmiyyətli ortaq nöqtəsi kimi təbliğat vasitələri və üsulları göstərilir. Heç bir Qərbli ölkə PYD kimi terror təşkilatlarına qoşulduqları üçün terrorçular barədə hüquqi proses başlamır. PYD sıralarında vuruşan, Qərb ölkələrindən idxal olunan terrorçular onlarla kütləvi qırğın və edamlara imza atarkən, Avropa bu vəziyyəti görməməzliyə vurur. İdxal döyüşçülərin bu istiqamətdə yayımlanan onlarla video dəlillər olmasına baxmayaraq Qərb dünyası bunun üzərindən sükutla keçir.
Müxalifət.az