Türkiyə XİN Azərbaycana başsağlığı verdi - HELİKOPTER QƏZASINDA ÖLƏNLƏRLƏ BAĞLI

Baxış sayı:
830

Türkiyə Xarici işlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Muxalifet.az xəbər verir ki, bununla bağlı Türkiyə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

“Azərbaycanın Xızı rayonunda, “Qaraheybət” poliqonunda təlim uçuşu edən hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.