Türkiyədə PKK-ya qarşı əməliyyatda 2 hərbçisi həlak oldu
27-10-2018 09:48
Baxış sayı:
4492

Türkiyənin Tunceli vilayətində PKK terrorçularına qarşı əməliyyat zamanı iki türk hərbçi həlak olub.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, PKK terror təşkilatının üzvlərinə qarşı hərbi əməliyyat bu gün səhər saatlarından başlayıb və hələ də davam edir.
Xatırladaq ki, Türkiyə ilə müstəqil kürd dövlətinin yaradılmasına çalışan PKK arasında münaqişə 25 ildən çoxdur davam edir və 40 mindən çox insanın həyatına son qoyub.
PKK BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.