Türkiyədən Ermənistana sərt sözlər

Baxış sayı:
2860

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binalı Yıldırım, Qarsda Qafqaz Universiteti (KAÜ) 2018- 2019 Akademik İli Açılış Mərasimində çıxış edərək Ermənistana qarşı sərt sözlər işlədib.
 
Yıldırım, "Ermənistan, Türkiyə ilə əlaqə qurmaq istəyirəm, əlaqələrimizi inkişaf etdirmək istəyirəm, deyə ikidə bir çıxıb bəyanat verir. Əgər həqiqətən belə bir niyyəti varsa, bir dəfə hər şeydən əvvəl Dağlıq Qarabağdakı işğal etdiyi torpaqlardan çıxmalıdır. Oradan işğal səbəbilə 1 milyona yaxın Azərbaycanlının yerlərinə qayıtmalarına imkan yaratmalıdır. Türkiyə üzərindəki iddialarından dərhal imtina etməli, qeyd-şərtsiz həqiqətləri qəbul etməlidir" deyə söyləyib.
Müxalifət.az