Türkiyədən Yunanıstana sərt xəbərdarlıq: Planınız müharibə səbəbidir

Baxış sayı:
3169

Yunanıstanda keçmiş xarici işlər naziri Nikos Kocyasın dilə gətirdiyi, daha sonra baş nazir Aleksis Çiprasın da Egey dənizində Yunan suyun quru ilə sərhədlərinin mərhələli olaraq 12 milə çıxaracağına dair açıqlamasına Ankara çox sərt reaksiya göstərib.
 
Dünən Xarici İşlər Nazirliyinə çağıran Yunanıstanın Ankaradakı səfiri Petros Mavroidisə, 12 milin müharibə səbəbi olacağı dəqiq bir dillə çatdırılıb.
Mavroidis, Xarici İşlər Nazirliyində Kipr İdarəsinin direktoru Burak Özügergin ilə görüşüb. Özügergin, Türkiyənin Afinanın Egey dənizində 12 mil həvəsinə heç vaxt imkan verməyəcəyini bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Aksoy da verdiyi qısa açıqlamada, "İki ölkənin qarşılıqlı sahillərinin olduğu Egey dənizində ikitərəfli razılığın olmadığı addımlara imkan verməsi mümkün deyil. Məsələyə dair fikir və xəbərdarlıqlarımızın, Yunanıstanın Ankaradakı səfirinə də çatdırmışdır" deyib.
Müxalifət.az