Türkiyənin müdafiə naziri S-400-lərlə bağlı kritik tarixi açıqladı
25-10-2018 11:04
Baxış sayı:
2410

Türkiyənin müdafiə naziri Hulusi Akar, S-400-lərin quraşdırılma işlərinə 2019-un oktyabrında başlanacağını açıqlayıb.
Müdafiə naziri Hulusi Akar, verdiyi açıqlamada bunları deyib:
“2019-un oktyabrından etibarən bu quraşdırılma işləri başlayacaq. Hazırda kadr seçimi mərhələsindəyik. Seçiləcək heyət 2019-ci ilin başlanğıcından etibarən Rusiyaya təhsilə göndəriləcək. Orada lazımi təlimləri alacaq və burada vəzifələrinin başına keçəcəklər.”
Müxalifət.az