Xəstəxana görüntüləri ÜZƏ ÇIXDI: Arda silahla müğənniyə... - ANBAAN VİDEO

Futbolçu Arda Turan və müğənni Berkay Şahinin bardakı davasından sonra xəstəxanada baş verənlərin görüntüləri Kanal D xəbərdə nümayiş olunub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, o gecə Arda Turan qardaşı Okan Turanla birlikdə saat 06:24-də xəstəxanaya gəlir. Qapıdan girişi zamanı Ardanın belindəki şiş diqqət çəkir. Ardanın bir əli ilə cibindəki silahı tutması kadrlarda əks olunur. İki dəqiqə sonra kameranın saatı 06:26-nı göstərərkən Berkay Şahin və Arda Turan xəstəxana otağında bir kresloya oturub söhbət etməyə başlayır. Arda müğənnidən üzr istəyir. Berkayın xanımı ilə bağlı bir yanlış anlaşılma olduğunu deyir. O vaxt xəstəxana personalı onlar üçün içki gətirir.
18 dəqiqə sonra, saat 06:44-də Berkay və Arda arasında mübahisə hərarətlənir. Arda ifadəsində qeyd etdiyi kimi, yanında gətirdiyi silahın lüləsinə güllə qoyaraq stolunun üstünə atır. "Mənə inanmırsansa, bu silahla istədiyini edə bilərsən", - deyir.
Müğənni Berkay isə silahı stolun üstündən alıb "Daha çox rəzalətə ehtiyac yoxdur", - deyərək yanlarındakı kreslonun üstünə atır. Saatlar 06:47-ni göstərərkən müğənni Berkay Ardaya xətalı olduğunu və üzr istəməsini söyləyir. Bundan sonra Arda əsəbiləşir. Silahı bir daha alır. Və yerə iki dəfə atəş edir. Futbolçu ilə müğənni həmin an xəstəxanada yalnız olur. Yerdən sıçrayan mərmi printerə dəyir. Silah səsinə baxmayaraq, otağa heç kim daxil olmur.
Ancaq Berkay ilə Arda arasında mübahisə bir daha şiddətlənir. Təxminən 5 dəqiqə ərzində mübahisə etdikdən sonra onlar xəstəxananın çek-up xidmətindən çıxır.