Yaxalanan İŞİD-çılar etiraf etdi! ABŞ-ın KİRLİ PLANI İFŞA OLDU

Baxış sayı:
5917

Suriyada İdlibin, Sermin, Serakıb və Derkuş bölgələrində 50 fərqli nöqtədə yerləşmiş 90 İŞİD terrorçuları əsir götürülüb. Terrorçular yeni bir münaqişə prosesinə hazırlaşdıqlarını, Deyrizordan bu ərazilərə yerləşməkdə ABŞ, PKK və rejim tərəfindən dəstəkləndiklərini etiraf ediblər.
 
Türkiyə və Rusiya arasında varılan anlaşma çərçivəsində təhlükəsiz bölgə prosesinin başladığı İdlib, ABŞ tərəfindən vurulacaq. Amerikanın bunun üçün İŞİD və Əl-Qaidə terrorçularını bəhanə edəcəyini bildirən Azad Suriya Ordusu (ASO) komandiri Riyad Əsəd, "ABŞ-ın hədəfi sülh prosesini sabotaj etməkdir. Bunun üçün hər şeyi edər" deyə söyləyib.
 
90 İŞİD-çı YAXALANDI
 
İŞİD-çı terrorçuların fərqli yollardan Deyrizordan İdlibə köçürüldüyünü qeyd edən Riyad Əsəd, Suriyalı müxalif qruplar tərəfindən İdlibin mərkəzində,  Sermin, Serakıb və Derkuş bölgələrində təşkil olunan nöqtə əməliyyatlarda 90 İŞİD terrorçularının yaxalandığını deyib. Əsəd, "İdlibdə təmin ediləcək sülh, ABŞ-ın planlarını pozdu. Şərtləri öz xeyrinə dəyişmək üçün bölgəyə terrorçu nəql edir. Son 4 ayda İdlibə sızan İŞİD-çıların sayı 250-ni aşdı" deyib.
 
Hər şeyi etiraf etdilər
 
Deyrizordan ayrılaraq İdlibə gələn və xüsusi əməliyyatla yaxalanan İŞİD-çılar isə İdlibi vilayət elan etməyə hazırlaşdıqlarını söyləyib. Yaxın bir dövrdə İdlibdə geniş miqyaslı qarşıdurma və sabotaj xarakterli terror aksiyaları keçirməyi qarşılarına məqsəd qoyduqlarını bildirən İŞİD-çı terrorçular, Deyrizordan İdlib bölgəsinə nəql prosesində ABŞ, PKK və Əsəd rejimi tərəfindən dəstəkləndiklərini etiraf ediblər.
Müxalifət.az