Yunanıstan XİN-nin binasında həyəcanlı anlar - İŞÇİLƏR TƏXLİYƏ EDİLDİ

Baxış sayı:
2395

Yunanıstan Xarici İşlər Nazirliyinə (XİN) şübhəli bağlamanın gətirilməsi səbəbindən binadakılar təxliyə edilib.
Muxalifet.az xəbər verir ki, bu məlumatı "Hürriyet” yayıb.
Bildirilib ki, şübhəli bağlama poçt vasitəsi ilə göndərilib. Bu səbəbdən XİN binasında işləyən 70 əməkdaşı təxliyə edilib. Polis binada axtarış aparır.
Xarici İşlər Nazirliyi ilə Yunanıstan parlamentinin binaları üzbəüz yerləşir.