Yunanıstanda məcburi köçkünlər üçün intihar düşərgəsi

Baxış sayı:
4792

Yunanıstanda 7000 nəfərlik Lesbon adasında yaşayan Moria Qaçqınlar Düşərgəsi bir ölüm düşərgəsi kimidir. Bu, mənim həyatımda gördüyüm ən pis düşərgədir ", - deyən Sərhədsiz Həkimlərin sahə koordinatoru Luca Fontana, düşərgədə mövcud olan acınacaqlı vəziyyətlə bağlı bunları söyləyib: Həkim briqadamız 6-18 yaş arası uşaqlar ilə zehni sağlamlıq fəaliyyətlərini araşdırıb. Dörd uşaqdan biri özlərinə zərər verir və intihar etməyi düşünür. 78 nəfər intihara təşəbbüs göstərib. Bu düşərgə dərhal bağlanmalıdır.”
 
Düşərgədəki bu cür hadisələri azaltmağa çalışdıqlarını bildirən Fontana, "2 mindən çox uşaq düşərgələrdə yaşayır, amma heç bir təhsil almırlar. Gələcəkləri buna görə çox böyük təhlükədədir. Əhval-ruhiyyələri pisdir, məktəbləri yoxdur. Düşərgələrdə yetərli qədər məktəb, həkim, xidmət və mühafizə yoxdur. Hər şey qarışıqdır və əksikdir" deyə söyləyib.
 
Uşaqlarla maraqlanmırlar
 
Düşərgədə yaşanan çətin şərtlər üzündən valideynlərin uşaqlarıyla maraqlana bilmədiyini və buna görə uşaqların problem yaşadığını vurğulayan Fontana, "Dul analar üçün düşərgədəki şərtlər çox çətindir. Bəzi hallarda uşaqlarına verməyə belə qida yoxdur. Həm müntəzəm sağlamlıq, həm də ruh sağlığı üçün şərtlər mövcud deyil” deyib.
 
QIS YAXINLAŞIR, AMMA İNSANLAR ÇADIRLARDA YAŞAYIR
 
İnsanların işgəncələrə və təqiblərə məruz qaldıqlarını ifadə edən Fontana, “3 min nəfərlik düşərgədə 7,500-dən çox insan yaşayır. İnsanlar sadə ehtiyacları üçün növbədə dayanmaq məcburiyyətindədirlər, bunun üçün hətta insanlar arasında tez-tez davalar olur. Məsələn, səhər və nahar yeməyi üçün həmişə böyük növbələr olur. Tualet 1 adamlıqdır, 1 duş üçün 70 nəfər gözləyir. Və qış gəlir, insanlar yay düşərgələri adlanan çadırlarda həyat üçün mübarizə aparırlar.
Müxalifət.az