​"Zirə" məğlub oldu, "Qəbələ" geri dönüş etdi

Baxış sayı:
4969

Oktyabrın 27-də Azərbaycan çempionatının 9-cu turuna start verilib.
Muxalifet.az xəbər verir ki, turun açılış matçı “Əlincə Arena”da keçirilib. Meydan sahibi “Sabah” komandası “Zirə”ni qəbul edib. Görüş “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 45-ci dəqiqədə “Sabah”ın futbolçusu Məqsəd İsayev açıb. O, cərimə meydançasının daxilində Cavid İmamverdiyevin ötürdüyü topu dəqiq zərbə ilə tamamlayıb – 1:0. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində zirəlilər hesaba tarazlıq gətirib. Belə ki, Pərdis Fərcad-Azadın ötürməsini Tellur Mütəllimov qola çevirib. Vurulan qoldan sonra irəli atılan meydan sahibləri oyunun 90-cı dəqiqəsində qələbə topunu vurmağa nail olub. Vitali Kvaşukun ötürməsindən sonra rəqib qapısına yol tapan Cavid İmamverdiyev oyunda son nöqtəni qoyaraq yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra “Sabah” xallarının sayını 16-ya çatdırıb. “Zirə”nin isə 4 xalı var.
"Qəbələ" isə "Sumqayıt"la qarşılaşıb. Bakıda keçirilən görüşdə sumqayıtlılar 2-0 hesabda önə keçsə də, Qəbələ təmsilçisi hesabı bərabərləşdirməyi bacarıb. Görüş 2-2 hesabı ilə yekunlaşıb.