​Zurabişvili ilə İvanişvilinin münasibətləri pozuldu

Baxış sayı:
7303

Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili ilə Gürcü Arzusu Partiyası arasında münasibətlər ciddi şəkildə pozulub.
Bu iddia ilə Rustavi-2 çıxış edib. Belə ki, bazar günü səsvermə başa çatdıqdan sonra spiker İrakli Kobaxidze ilə Tiflis meri Kaxa Kaladze Zurabişvilini ictimai şəkildə təbrik ediblər. Lakin bir neçə saat sonra Zurabişvilinin qərargahında qələbənin qeydi dayandırılıb və partiya rəsmən seçkinin ikinci tura keçiriləcəyini bəyan etmək məcburiyyətində qalıb. Məhz bundan sonra Kaladze çıxış edərək, Zurabişvilini dəstəkləməyin partiya üçün əsas səhv olduğunu etiraf edib ki, bu da keçmiş XİN rəhbərinin narazılığına səbəb olub.