1 MILYONLUQ MÜƏMMALI TENDER - Qoşqar Təhməzli bu şirkəti yenidən qalib etdi

Baxış sayı:
4669

AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTi)  "Stok üçün reaktivlərin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub. 

Müsabiqənin qalibi "AVAZ GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Tərəflər arasında 959.766,62 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan  "AVAZ GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mədət Sadıqov Baratəli oğludur. 

Xatırladaq ki, mediada gedən məlumatlara əsasən adı çəkilən MMC dfələrlər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qalibi olub və bu tenderlərin hər biri yarım milyon və milyonlarla manat dəyərində olub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlidir.  AQTİ-nin sədri isə Əli Nəbiyevdir.