Bakıda nəqliyyat vasitələri qaçıran keçmiş məhbuslar saxlanıldı

Baxış sayı:
12723

Fevralın 22-də gecə saatlarında Xətai rayonu ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə 37-ci Polis Şöbəsinə məlumat daxil olub.

Muxalifet.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən  əvvəllər məhkum olunmuşlar Elşən Əliyev və Rüzigar Ələkbərov avtomobillə saxlanılıblar. 

Fevralın 15-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindən “Tufan” markalı motosikleti  qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Tariel Məmmədov isə 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən motosikletlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.