Bayden Meksika ilə sərhəddə divar tikintisini dayandıracaq
20-01-2021 16:10
Baxış sayı:
1233
ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin andiçmə mərasimindən sonra imzalayacağı ilk fərmanlarla bağlı açıqlama verilib.
Trend-in məlumatına görə, yeni Prezidentin imzalayacağı sənədlər arasında Meksika ilə sərhəddə ucaldılan divarın tikintisinin dayandırılması, eləcə də ABŞ-ın Paris iqlim sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına geri dönməsi barədə fərmanlar yer alacaq.
Qeyd edək ki, Co Bayden bu gün prezident səlahiyyətlərinin icrasına başlayacaq.