Kamil bu "qətlə" görə həbs olunub: Ermənistan şok detallar açıqladı / FOTO

Baxış sayı:
4045

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.
Publika.az xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb.
Qeyd olunur ki, o, Moskvanın “Domodedovo” hava limanında həbs edilib.
Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib.
“Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, - xəbərdə iddia olunur.
Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıblar.
Azərbaycanşünas Tatevik Ayrapetyan da Teleqram kanalında Kamil Zeynallının həbsi ilə bağlı iddialarını yazıb: “Zeynallının hələ 2020-ci ilin iyulunda Moskvada təşkil olunmuş Ermənistan-Azərbaycan toqquşmalarında iştirak etdiyi barədə məlumatlar var”.
İddia olunur ki, o, sosial media paylaşımlarında Rusiyada yaşan azərbaycanlılara erməniləri öldürmələri ilə bağlı "müraciət" edib.
Məlumata görə, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı məlumat yayıb. Bildirilib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır və vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini açıqlayıb.